9 fevral 2021-ci il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106004887 ISIN-li, 35 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verri ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 96.1315 AZN (9.0000%) və 98.6900 AZN (7.9997%) olan 26 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.4001 AZN (8.5000%), orta ölçülmüş qiyməti 97.7568 (8.3608%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 105,292,800.00 manat yerləşdirilmiş həcmi isə 25,659,300.00 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 6 fevral 2024-ci il.
Hərrac iştirakçıları 10 fevral 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.