Bakı Fond Birjası bu ilin yanvar-fevral ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin həcmini açıqlayıb.
"FED.az" BFB-yə istinadən xəbər verir ki, birja dövriyyəsi ən yüksək olan şirkət "ABB İnvest İnvestisiya Şirkəti"idir.
Məlumata görə investisiya şirkətinin dövriyəsi 8,2 milyard manata yaxınlaşıb.
"Paşa Kapital İnvestisiya Şirkəti"nin dövriyyəsi 7 milyard manatı keçib.
İki ay ərzində "Assist Finance İnvestisiya Şirkəti"nin 1,6 milyard manata çatıb.
7"CPM-İnvest İnvestisiya Şirkəti"nin birja dövriyyəsi 626,7 milyon manatdan yüksək olub.
"Xalq Kapital İnvestisiya Şirkəti"nin 600,1 milyon manata manata bəraər olub
"Unicapital İnvestisiya Şirkəti"nin dövriyyəsi 434,4 milyon manatı manat, "İnvest.Az İnvestisiya Şirkəti"nin dövriyyəsi isə 403 manat təşkil edib.
Ən aşağı dövriyyə "MFX Trading İnvestisiya" şirkətində qeydə alınıb. İnvestisiya şirkətinin cəmi dövriyyəsi 7,6 milyon manata bərabər olub.