Avqustun 31-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106027888 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 96.0683 AZN (8%) və 103.2889 AZN (5.2998%) olan 19 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 103.1492 AZN (5.3498%), orta ölçülmüş qiyməti 103.2462 (5.315%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71,342,000.00 manat yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 27 avqust 2024-cü il.
Hərrac iştirakçıları 01 sentyabr 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.