Dünya kriptovalyuta bazarında kütləvi bahalaşma davam edir.
FED.az xəbər verir ki, aprelin 19-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 95-i bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 257 dollar və ya 3,2% bahalaşaraq 8188 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 1218 dollar və ya 17,4% bahalaşıb.
Ethereumun qiymətində isə bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 26 dollar və ya 5,1% bahalaşaraq 532 dollar olub.
Son həftə ərzində isə Etherium 97 dollar və ya 22,2% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Monaco-da(59,43%), ən çox ucuzlaşma isə Verge-də(15,40%) müşahidə olunub.
200 dollardan çox bahalaşdı – QİYMƏTLƏR
09:24
19 Aprel 2018