26 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106003889 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün (3 il) tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən ümumi məbləği 62,5 milyon manat olan 21 sifariş təqdim edilib.
Amma sifarişlərin qiyməti intervalı 93.7285 (9.9700%) və 100.0000 (7.5000%) arasında dəyişib. Sifarişlərin əksəriyyətinin qiymət təklifi nazirliyin gözləntilərindən aşağı olub.
Ona görə jdə 20 milyon manatlıq istiqrazın cəmi 7 milyon manatı satılıb. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.4001 (8.5000%), orta ölçülmüş qiyməti 97.8420 (8.3277%) müəyyən edilib. Bu qiymətə uyğun gələn 6 milyon 992,4 min manatlıq istiqrazlar yerləşdirilib.
İstiqrazların ödəmə tarixi 23 yanvar 2024-cü ildir.