Bakı Fond Birjası bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az BFB-yə istinadən xəbər verir ki, 1 investisiya şirkətinin dövlət istirqazları üzrə dövriyyəsi 1 mlrd. manatdan çoxdur.
“PAŞA Kapital İnvestisiya Şirkəti” 3,8 milyard manata yaxın göstərici ilə 1-ci yerdə dayanıb.
“ABB İnvest İnvestisiya Şirkəti”dövlət istiqrazları üzrə dövriyyəsi 950,6 milyon manat ilə ikinci yerdəolub.
“CPM İnvest İnvestisiya Şirkəti” 641,7 milyon manat ilk üç lüyə daxil olub.
Ən aşağı göstərici “Troni İnvestisiya Şirkəti”ndə (299,8 min manat) qeydə alınıb.