“Ethereum” şəbəkəsində son 12 ayda emal edilən tranzaksiyaların məbləği 6 trilyon ABŞ dollarını keçib.
FED.az xəbər verir ki, bu, ötən ilin göstəricisi ilə müqayisədə 4,7 dəfə çoxdur. Eyni dövrdə kriptovalyutanın məzənnəsi 9,6 dəfə artıb.
Xatırladaq ki, 2-ci ən böyük blokçeyn hazırda "ETH 2.0"a kimi yenilənmə mərhələsindədir. Yeni versiya şəbəkənin miqyaslaşmasını artıracaq. (Report)