Bu ilin ilk 6 ayı ərzində Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdə aparılan hasilat işləri nəticəsində ümumilikdə 18 min unsiya qızıl, 53 min unsiya gümüşün istehsalı həyata keçirilib.
“AzerGold” bu il qiymətli metalların satışından 73 milyon manat gəlir əldə edib - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə “AzərGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Z.İbrahimov bildirib ki, qızıl hasilatı plandan 3 faiz, gümüş hasilatı isə 53 faiz artıq yerinə yetirilib. Hesabat dövründə 18 min unsiya qızıl, 42 min unsiya gümüşün dünya birjasında satışı təmin edilib. Qızıl və gümüş ixracı isə müvafiq ardıcıllığa uyğun olaraq plandan 31 faiz və 74 faiz artıq icra edilib. Birinci yarımil ərzində qiymətli metalların daxili və xarici bazarlarda satış əməliyyatları nəticəsində 73 milyon manat gəlir əldə edilib. Bu vəsaitin 61 milyon manatını ixrac gəlirləri təşkil edib.
Birinci yarımildə dövlət büdcəsinə vergi formasında ödənilən vəsait isə 15 milyon manata yaxın olub. Hesabat dövründə təqribən 2 milyon manat DSMF-yə vəsait köçürülüb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.