Vəkillər Kollegiyasının sədri Anar Bağırov guya ötən il “Finance Leasing” ASC-dən pay alması barədə məlumatı əkzib edib. Kollegiya sədri FED.az-a bildirib ki, haqqında yayılan məlumat əsassızdır: «Mən o şrkət təsis olunduğu gündən, artıq 11 ildir onun minoritar (az səhmə malik olan – FED.az) səhmdarıyam».
Vəkillər Kollegiyasının sədri lizinq şirkətindən pay alıb
Məlumatla bağlı “Finance Leasing” şirkətinin özü də məlumat yayıb.
Məlumatda deyilir ki, Bağırov Anar Ramiz oğlu “Finance Leasing” ASC-nin qeydiyyata alındığı 2 aprel 2007-ci il tarixindən ASC-nin səhmdarıdır.
Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sabiq icraçı direktoru Azad Cavadov da vaxtilə “Finance Leasing”in səhmdarı olub.