“Kapital Bank” 100 milyon həcmində bazara buraxılacaq manat istiqrazlarının 50 milyon manat həcminin yerləşdirilməsini həyata keçirib.
"PAŞA Kapital" "Kapital Bank” ASC-nin istiqrazlarına abunə yazılışı - ELAN EDİR
FED.az xəbər verir ki, bunu “Kapital Bank”ın Xəzinədarlıq departamentinin direktoru Fərid Əliyev sözügedən istiqrazların açılış zəngində deyib.
O bildirib ki, istiqrazlara tələb emissiya həcminin 2 mislindədədir. İstiqrazları brokerlər tərəfindən əldə etmək olar. Qısa zamanda istiqrazlar “Kapital Bank”ın filiallarında da təklif ediləcək.
O həmçinin əlavə edib ki, "Kapital Bank" artıq 35 milyon ABŞ dolları həcmində istiqraz buraxılışını uğurla tamamlayıb və yerləşdirmədə ümumi həcmin 82%-ə qədəri fiziki şəxslərin payına düşüb. Bu, fiziki şəxslərin maliyyə bazarına cəlb edilməsi istiqamətində uğurlu nəticədir.