Əgər sizin 10 min dollar nağd pulunuz varsa, yəqin ki, bu pulları apreldə investisiya etmədiyinizə görə təəssüflənirsiniz. Məsələ bundadır ki, məhz apreldən başlayaraq ABŞ bazarı sürətlə artıb və hazırda tarixi maksimumlardadır – hansı ki, indiyədək görünməmişdi.
Amma hələ gec deyil – ekspertlər bildirir ki, bazarda yatırım imkanları indi də var.
FED.az xəbər verir ki, Uoll-stritin 6 peşəkarı 10 min dollar vəsaiti hansı sahəyə yatıra biləcəkləri barədə fikirlərini bölüşüblər. Təkliflər adi səhmlərdən tutmuş ETF-yə qədər dəyişir.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (21-25 iyul, 2025)
Aprel ayındakı «dib vəziyyətindən» sonra hazırda bazarın maksimum hədlərdən olmasına baxmayaraq indi də bazara yatırımla daxil olmaq üçün imkanlar var. Uoll-stritin 6 veteranı «Business Insider»ə bununla bağlı variantları açıqlayıblar.
Onlardan bəziləri texnoloji şirkətlərin səhmlərinə üstünlük verirlər, baxmayaraq ki, artıq hazırda Aİ – süni intellekt dəbdədir. Bir sıra ekspertlər isə əksinə, hazırki, ajiotaj və şişirdilmiş qiymətlərin olduğu bir vaxtda aktivləri dərhal hecləndirmək və diversifikasiya etməyi tövsiyə edirlər. Onlar məsləhət görürlər ki, vəsaitlər bahalı şirkətlərin (yəni bazar dəyəri çox böyük olan, özünü doğrultmuş şirkətlərin – FED.az) səhmlərinə, ya da beynəlxalq şirkətlərinə səhmlərinə yatırılsın. Başqa sözdə investisiya ilə bağlı vahid yanaşma yoxdur. Yatırım istiqaməti investorun şəxsi vəziyyəti və nə qədər riskə hazır olmasından asılı olaraq dəyişir.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Beləliklə, ekspertlərin məsləhətləri:
Qabriela Santos, «JP Morgan Asset Management»in Şimali və Cənubi Amerika üzrə baş strateqi
Əgər ona indi 10 000 dollar bağışlasaydılar, 7 000 dolları ABŞ istisna olmaqla inkişaf etmiş bazarlardakı səhmlərə, qalan 3000 dolları isə inkişaf etməkdə olan ölkələrdəki səhmlərə yatırardı. «15 illik məyusluqdan sonra bu il beynəlxalq səhmlərə maraq artı rvə biz hesab edirik ki, bu hələ başlanğıcdır». Santos əvvəlki kimi ABŞ səhmləri ilə bağlı da nikbindir, amma hesab edir ki, beynəlxalq səhmlər (ABŞ-dan kənar ölkələrin səhmləri) amerikanlardan daha sürətlə bahalanacaq, çünki indi ABŞ şirkətlərinin səhmlərinin qiyməti çox şişirdilib.
Məsələ bundadır ki, adətən ABŞ şirkətlərinin səhmləri beynəlxalq şirkətlərdən 15% baha olur. İndi isə bu fərq 35%-ə yüsəlib. Bundan başqa, son aylar ABŞ dollarının məzənnəsi azalıb, ABŞ xaricindəki aktivlərə tələbat isə artmaqdadır: «Düşünürəm ki, biz böyük dönüş nöqtəsinin şahidiyik ki, pulların bir hissəsini xaricə (ABŞ-dan xaricə) yönəltmək olar».
Qabriela Santos investorlara yatırım etmək üçün iki birja investisiya fondu misal göstərir. Bunlar «Vanguard FTSE Developed Markets ETF» (VEA) və «iShares MSCI Emerging Markets ETF» (EEM)-dir. İlin əvvəlindən bu fondlar müvafiq olaraq 19,7% və 18,6% artıb.
Barri Bannister, «Stifel» şirkətinin ABŞ səhmləri üzrə baş strateqi
Bannister 10 min dolları yatırmaq üçün 3 «imkan zənbili» qeyd edir – bahalı şirkətlərin səhmləri, kiçik şirkətlərin səhmləri və beynəlxalq səhmlər.
Bahalı şirkətlərin səhmlərinə yatırım etmək üçün Bannister də iri fondları tövsiyə edir, onların arasında «Vanguard Value ETF» ( VTV ) var. Kiçik şirkətlərin səhmlərinə yatırım etmək üçün isə «iShares Russell 2000 ETF» (IWM) fondu uyğun gəlir. Bu fondun geniş bazası qiymət və artım faktorlarını nəzərə alır. Beynəlxalq səhmlərə gəlincə isə Bannister «iShares MSCI ACWI ex US ETF» ( ACWX ) fondunu tövsiyə edir.
Bannisterin sözlərinə görə, belə seçim investisiyanı şaxələndirməyə imkan verir, hansı ki, indi yalnız texnoloji şirkətlərə köklənib: «Hazırda bazar yalnız texnoloji şirkətlərə əsaslanır, amma iqtisadiyyatı yalnız 7 şirkətə (7 ən böyük texnoloji şirkəti nəzərdə tutur – FED.az) arxayın olub idarə etmək olmaz».
Bannister etiraf edib ki, özü də bir qədər əvvəl təxminən bu nisbətdə yatırım edib, amma unun müddətə: «Baxaq təxminən 10 il sonra nə göstərəcək»
Neft Fondu istiqrazlara investisiyaları azaldıb, səhmlərə artırıb
Xenk Smit, «Haverford Trust»un informasiya texnologiyadarı üzrə direktoru
Adətən Smit sadəcə tövsiyə edir ki, investisiya məksimum çox yerə yatırılsın ki, vəsaitlər şaxələnsin. Amma bir problem var ki, indi əsas indeks fondlarının əksəriyyəti özü də şaxələndirilməyib. Məsələ bundadır ki, məşhur «S&P 500»indeksinin 3-də 2-si də məşhur 7 şirkətin səhmlərindən ibarətdir.
Buna görə də Smit sadə variantı təklif edir: pulların 50-60%-ni «S&P 500» fonduna bərabər paylar şərti ilə yerləşdirmək. Məsələn, «ETF Invesco S&P 500® Equal Weight (RSP) fonduna. Bu vari antın ənənəvidən fərqi odur ki, investorun pulları bu fonddakı şirkətlərin səhmləri arasında bərabər paylanır, yəni onların bazar dəyirindən asılı olmayaraq hər şirkətə eyni məbdəğdə vəsait yatırılır.
Doğrudur, son 5 ildə bərabər paylar indeksi ümumilikdə ən pis nəticə göstərib – yəni ən azı qazanc gətirib. Amma gələcəkdə problem olsa, məsələn texnoloji şirkətlərin səhmləri çöksə ən az itki də bu fondlarda olacaq.
Pulların qalan 40-50%-ni isə daha konsentrasiyalı indeksə, məsələn, «Nasdaq 100» texnoloji indeksinə yatırmaq olar. Beləliklə, əgər texnoloji şirkətlərin səhmlərində artım davam etsə, investor da qazanmağa davam edəcək. Smitin bu təklifi minimum 5 il müddəti nəzərdə tutur.
Maykl Kantroviç, «Piper Sandler»in baş investisiya direktoru
Qabriela Santosdan fərqli olaraq, Maykl Kantroviç Amerika tərəfdarıdır və qarşıdakı bir neçə il ərzində ABŞ fond bazarına yatırım davam edəcək. Kantroviç xüsusi bir sektoru ayırmır – sadəcə böyük mənfəət əldə edən iri şirkətlərə yatırım etməyi tövsiyə edir.
«Qarşıdakı bir neçə il ərzində qazanc səviyyəsi qarışıq olsa da, faiz gəlirləri yüksək olacaq». Bu mühitdə bazardakı hazırki liderlər yaxşı göstəricilərə davam edəcəklər və başqalarından daha yaxşı gəlirləri olacaq.
Maykl Kantroviç, ehtiyatlı davranması tövsiyə edən başqa ekspertlərdən fərqli olaraq daha aktiv işləməyi məsləhət görür. Məsələn digər ekspertlər texnoloji ETF-lərə yatırımlar etməyi tövsiyə edir. Məqsəd odur ki, bu sahədə bir şirkətdə itki olsa, digərlərinin qazancı onu kompensasiya etsin. Maykl Kantroviç isə hesab edir ki, ETF-lər sektordakı dinamikanı tam əks etdirmir, əksinə zəflədir. Ona görə də o, səhm seçiminə daha aktiv yanaşmağı tövsiyə edir. Yəni daha gəlirli konkret səhm seçib ona yatırım etməyi üstün sayır.
«Piper Sandler»in yanaşmasını yaxşı əks etdirən şirkətlər arasında əsas texnoloji şirkətlər (Nvidia, Microsoft, Alphabet və Meta və başqaları), həmçinin «Oracle», «Costco», «Johnson & Johnson» və «Home Depot» kimi şirkətlər var.
Toni DeSpirito, «BlackRock»un fundamental səhmlər və informasiya texnologiyaları üzrə qlobal direktoru
Bir neçə fondu idarə edən DeSpirito ondan soruşulan 10 000 dollarlıq investisiyanı yüksək kapitalizasiyası olan şirkətlərin səhmləri, yüksək dividend gətirən səhmlər və bahalı səhmlər arasında bölüşdürməyin tərəfdarıdır. Onun əsas prinsipi – yaxşı şaxələndirilmiş portfel yaratmaq ki, həm bazardakı dəymişikliklərə davam gətirə bilsin, o cümlədən tariflər haqqında xəbərlərin fonunda (ABŞ-ın başqa ölkələrə yeni tariflər tətbiq etməsi nəzərdə tutulur).
DeSpritonun sözlərinə görə, «S&P 500» indeksi şübhəsiz ki, məhz buradakı texnoloji şirkətlərin olması səbəbindən bahalaşıb və artıma meyəlli olub. Amma hələ də iri texnoloji şirkətlərdə vəsait saxlamaq sərfəlidir.
«Mən «Mag Seven»ə (7 ən böyük texnoloji şirkət) mənfi yanaşmıram» - deyə DeSpirito bildirir. «Onların bir çoxunun həqiqətən yaxşı böyüməsi və yaxşı sərbəst pul axını var. Bu, inanılmaz dərəcədə güclü vəziyyət yaradır və buna görə də həmin şirkətlərlə ticarət böyük qazanc gətirir».
Diversifikasiyaya gəldikdə isə dividend gətirən səhmlər adətən bazardakı enmələrə qarşı daha dayanıqlı olur və sabit gəlir təmin edir. Yeri gəlmişkən, DeSpirito ucuz qiymətə satılan tanınmayan səhmləri də axtarmağın tərəfdarıdır.
DeSpirito bir sahəni xüsusilə ayırır, onun fikrincə, qiymət və keyfiyyət (yəni gətirəcəyi fayda) baxımından götürəndə səhiyyə şirkətlərinin səhmləri xüsusilə cəlbedicidir. İnvestorların əksəriyyəti bazarın bu seqmentini iqnor edirlər və onun nəticəsində S&P 500-ün səhiyyə sektoru bu günə qədər 2% azalıb.
DeSpirito isə fərqli fikirdədir, o xüsusilə tibbi cihaz şirkətlərinə üstünlük verir, çünki onların qazanc əmsalı 15% diapazondadır və daha da artmaq imkanı var. Bununla belə, DeSpirito xəbərdarlıq etdi ki, bəzi iri əczaçılıq şirkətləri «dəyər tələsi»nə düşə bilər, çünki onların mənfəəti patentlərdən çox asılıdır.
Lara Kaslton, «Janus Henderson» şirkətinin ABŞ portfelinin qurulması və strategiyasının rəhbəri
Lara Kaslton daha uzun investisiya qrafiki və daha yüksək risk tolerantlığı olan investorlar üçün səhmlərə - üç istiqamətli yanaşma təklif edir.
Birincisi, 10 000 dollar pulun təxminən 60%-ni böyük həcmli səhmlərə, ilk növbədə texnologiyaya yatırmaq lazımdır. Lara Kaslton bildirir ki, bu ilin əvvəlində baş verən kəskin enişdən sonra sürətli artıma baxmayaraq, texnologiya şirkətləri, «qarşıdakı 10 il ərzində də bazarlarda üstünlük təşkil edəcək sahələrdən və sektorlardan biri olaraq qalır». Səbəbi, bu şirkətlərin daimə yeniliklər təklif etmələridir.
Texnoloji mövzuya diqqəti gəlb etməyin bir çox yolu var, bu sahədəki fond nümunələrinə «Technology Select Sector SPDR Fund» ( XLK ) və «Invesco QQQ Trust» (QQQ) misal gətirmək olar.
İkincisi, vəsaitin təxminən 20%-ni ABŞ-dan kənar səhmlərə qoymaq tövsiyə edilir. Beynəlxalq səhmlər bu il Trampın ticarət müharibəsi və ABŞ-ın Ukraynadakı dəstəyini geri çəkməsi fonunda əhəmiyyətli dərəcədə artıb və Kaslton bu prosesin davam edə biləcəyinə inanır.
"Bir qədər şaxələndirmə olmalıdır, çünki mən həqiqətən inanıram ki, biz gələcəkdə müdafiə xərclərini artırmaq üçün qəflətən yanaşmalarını dəyişən Avropa şirkətlərinə yatırımların faydasını görməyə davam edəcəyik" - dedi.
Nəhayət, üçüncüsü, Kaslton pulların qalan 20%-ni orta səviyyəli səhmlərə və ya bazar dəyəri 2-10 milyard dollar qədər olan şirkətlərə qoymağı təklif edir. Kaslton bildirir ki, bu addım, portfel üçün əlavə diversifikasiya təmin edə bilər.
«Bu şirkətlər əsasən daxili bazara yönəlib və onların artım üçün daha böyük imkanlır var. Belə ki, iri, böyük kapitalı olan şirkətlər artıq öz biznes modellərini qurublar və onların artım üçün potensialı o qədər də böyük deyil».
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.