“ZiraatBank Azərbaycan” 2023-cü ilin son rübünün maliyyə nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bank ötən ilin son rübündə 42 milyon 792 min manat faiz gəliri əldə edib. Gəlirlərin 30 milyon 16 min manatı kreditlərdən əldə edilən gəlirlərin hesabına formalaşıb. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 13 milyon 152 min manat (44,4%), kreditlər hesabına əldə edilən faiz gəlirləri isə 3 milyon 821 min manat (14,6%) artıb.
Bu dövrdə faiz xərcləri 12 milyon 332 min manat olub ki, bu da illik müqayisədə 5 milyon 233 min manat və ya 73,7% çoxdur.
“ZiraatBank Azərbaycan”ın xalis faiz gəlirləri 30 milyon 460 min manat təşkil edib ki, bu da son bir ildə 7 milyon 920 min manat və ya 35,1% çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 15 milyon 144 min manat olub. Qeyri faiz gəlirləri son bir ildə 1 milyon 964 min manat (14,9%) artıb.
Bu dövrdə qeyri faiz xərcləri 3 milyon 897 min manat (23,2%) artaraq 20 milyon 680 min manata, əmək haqqı xərcləri 1 milyon 661 min manat (29,5%) artaraq 7 milyon 289 min manata yüksəlib.
Bu dövrdə bankın əməliyyat mənfəəti də 24 milyon 923 mi manat olub ki, bu da illik müqayisədə 5 milyon 987 min manat və ya 31,6% çoxdur.
“ZiraatBank Azərbaycan” ASC 2023-cü ili 2 milyon 128 min manat mənfəət vergisi ödənişindən sonra 8 milyon 512 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti son bir ildə 953 min manat, başqa sözlə 12,6% artıb.
2023-cü ilin sonunda “ZiraatBank Azərbaycan” ASC 636 milyon 685 milyon manat akitvlərə malik olub. Aktivlər son bir ildə 107 milyon 785 min manat, başqa sözlə 20,4% artıb.
Bankın kredit portfeli 390 milyon 942 min manat təşkil edib ki, bu da illik müqayisədə 73 milyon 362 min manat və ya 23,1% çoxdur.
Bankın öhdəlikləri də 97 milyon 250 min manat və ya 23% artaraq 519 milyon 708 min manata yüksəlib.
Depozit portfelində də böyümə müşahidə edilib. Belə ki, 2022-ci ilin sonu ilə müqayisədə 93 milyon 616 min manat (29,5%) artaraq 411 milyon 422 min manata yüksəlib.
“ZiraatBank Azərbaycan”ın balans kapiatlı 10 milyon 535 min manat, yəni 9,9% artaraq 116 milyon 352 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi də 8 milyon 812 min manat (24,5%) artaraq 43 milyon 219 min manat təşkil edib.