Azərbaycanda fəaliyyət göstərən türk kapitallı «Ziraat Bank Azərbaycan» 2023-cü ilitn 1-ci rüğbünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, «Ziraat Bank Azərbaycan»ın xalis mənfəəti kəskin artıb, eləcə də ilk dəfə olaraq bankın aktivləri 600 milyon manatı keçib.
Hesabat dövründə bankın aktivləri 88 milyon manat və ya 17% artaraq ilk dəfə olaraq 617 milyon manata yüksəlib.
Bunun böyük hissəsi – 326 milyon manatı kredit portfelinin payına düşür. Son bir rübdə bankın kreditləri 9 milyon manat artıb.
1-ci rübdə «Ziraat Bank Azərbaycan» başqa banklardakı depozitləri 4 dəfə artaraq 49 min manata yüksəlib.
Bankın öhdəlikləri isə 84 milyon manat və ya 20% artaraq ilk dəfə 500 milyon manatı keçib – 506,7 milyon manat.
2023-cü ilin 1-ci rübündə «Ziraat Bank Azərbaycan»ın depozit portfeli 70 milyon manatdan çox artaraq 392 milyon manat olub.
Bankın kapitalı isə daha 4 milyon manat artaraq 110,7 milyon manata yüksəlib.
Hesabat dövründə «Ziraat Bank Azərbaycan»ın gəlirləri 2 milyon manat artaraq 13,5 milyon manat yüksəlib.
Xərcləri isə 2 milyon manat artaraq 7 milyon manatı keçib.
Bankın faiz xərcləri 3 milyon manatdan artıq və ya 42% artaraq 10,2 milyon manata yüksəlib.
Bu məbləğin 8,1 milyon manatı kredit portfelindən, 1,4 milyon manat isə başqa banklarda saxlanılan depozitlərdən formalaşıb.
«Ziraat Bank Azərbaycan»ın faiz xərcləri isə bu dövrdə 2,5 milyon manat olub.
1-ci rübdə bankın qeyri-faiz gəlirləri təqribən 10% artaraq 3,3 milyon manat olub, xüsusilə komissiya haqları və hesablara xidmət üzrə gəlirlər yarım milyon manat və ya 52% artıb.
Qeyri-faiz xəclərində isə 1 milyon manat artım olub – 4,5 milyon manat.
Nəticədə bank rübü 5,7 miilyon manat əməliyyat mənfəəti ilə başa vurub, 1,9 milyon manatlıq ehtiyat ayırmalarından sonra isə bankın xalis gəliri 3,3 milyon manat olub. Bu ötən ilin eyni dövrünə nisbətən 50% artıqdır – 2022-ci ilin 1-ci rübündə «Ziraat Bank Azərbaycan»ın xalis mənfəəti 2 milyon manat olmuşdu.