“Ziraat Bank Azərbaycan” ASC ilin ilk rübünü mənfəətlə başa vurub. FED.az xəbər verir ki, bank bu ilin yanvar-mart ayı ərzində 3,35 mln. manat gəlir əldə edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 44% daha çoxdur.
Cəmi gəlirlərin əsas hissəsi bankın müştərilərə verdiyi kreditlərin faiz gəlirləridir. Bankın faiz xərcləri isə 1,8 dəfə artıb və 1,1 mln. manat həcmində olub. Bank ilin ilk 3 ayını 1,69 mln. manat xalis mənfəətlə bitirib. Bununla da bankın xalis mənfəəti 15,18 mln. manata çatıb
Müsbət göstərici balans hesabatında da müşhaidə olunur.
“Ziraat Bank Azərbaycan”ın cəmi aktivləri son 3 ay ərzində 19 faiz artaraq 222,56 mln. manat olub. Bunun 79,41 mln manatı müştərilərə verilmiş kreditlərdir. Ümumiyyətlə bankın kredit portfeli 16 faiz artıb.
Bankın depozit portfeli 89,13 mln. manata çatıb. Depozitlərin 58,04 mln. manatı fiziki və hüquqi şəxslərin müddətli depozitləridir.
Qeyd edək ki, bankın öhdəlikləri 154,71 mln. manat, cəmi kapitalı isə 67,85 mln. manatdır.