"Ziraat Bank Azərbaycan"ın İdarə Heyətində dəyişiklik olub.
FED.az xəbər verir ki, bankın İdarə Heyətinin üzvü Fərid Əliyev vəzifəsini tərk edib.
Bununla da bankın İdarə Heyəti üzvlərinin sayı 3-dən 2-yə enib.
Qeyd edək ki, Fərid Əliyev 2015-ci ilin aprel ayından "Ziraat Bank" ASC-də Xəzinədarlıq və Maliyyə İnstitutları Departamentinin direktoru vəzifəsində çalışıb və 2016-cı ilin 14 iyun tarixindən etibarən İdarə Heyəti üzvü vəzifəsini icra edib.
Eləcə də bax: VÖEN hesabına qoyulan məhdudiyyət borcu uyğun olmalıdır - ASSOSİASİYA