“Ziraat Bank Azərbaycan” 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, bankın 2018-ci ildə faiz gəlirləri 14 mln 62 min manat, faiz xərcləri isə 4 mln 254 min manat olub. Xalis faiz gəlirləri 2018-ci ildə ötən ilə nəzərən 14,46% artaraq 9 mln 808 min manata çatıb.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri ötən ilə nəzərən 21,06% artaraq 5 mln 75 min manat, qeyri-faiz xərcləri isə 19,77% artaraq 7 mln 791 min manat olub.Əməliyyat mənfəəti də 13,38% artaraq 7 mln 93 min manata yüksəlib.
Eləcə də bax: “Bank BTB”nin vəziyyəri məlum oldu – HESABAT AÇIQLANDI
Yekunda bank 2018-ci ili 1 mln 375 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2017-ci ili də 4 mln 63 min manat mənfəətlə başa vurmuşdu. Başqa sözlə bankın mənfəəti 1 ildə 2,96 dəfə azalıb.
Bank 2018-ci ili ötən ilə nəzərən 3 dəfəyə yaxın zərələ başa vurmasının səbəbi, aktivlər üzrə mümükün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ötən ilə nisbətən 4,39 dəfə daha artıq məbləğin 5 mln 540 min manatın ayrılması olub.
FED.az bankın “Balans” hesabatına əsasən bildiri ki, bankın cəmi aktivləri hesabat dövründə ötən illə müqayisə də 22,10% artaraq 227 mln 919 min manat, cəmi kapital da 2,33% artaraq 67 mln 432 min manata çatıb.
Bankın kredit portfeli 1 il ərzində 1,6 dəfə artaraq 105 489 min manata çatıb.
"Ziraat Bank Azərbaycan"ın "Mənfəət və Zərər" hesabatı.
"Ziraat Bank Azərbaycan"ın Balans hesabatı.
“Ziraat Bank Azərbaycan”ın mənfəəti kəskin azaldı - BANK HESABATI
15:26
22 Yan 2019