“Ziraat Bank” 2018-ci ilin 3-cü rübü üçün hesabatını açıqlayıb.
FED.az “Ziraat Bank”ın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, bankın 2018-ci ilin ilk 9 ayı üçün faiz gəlirləri 9 mln 596 min manat , faiz xərcləri isə 3 mln 170 min manat olub. Sonda xalis faiz gəlirləri 2018-ci ilin 3-cü rübündə ilin əvvəli ilı müqayisədə 25,02% azalaraq 6 mln 425 min manata enib.
Eləcə də bax: «Azərsun»un bankının vəziyyəti məlum oldu - HESABAT
Bankın 2018-ci ilin 3-cü rübündə qeyri-faiz gəlirləri 3 mln 467 min manat, qeyri-faiz xərcləri isə 5 mln 535 min manat təşkil edib. Əməliyyat mənfəəti 2018-ci ilin ilk 9 ayında ilin əvvəlinə nisbətən 30,34% azalaraq 4 mln 358 min manat olub, aktivlərin ödənilməsi üçün mümkün zərərlərin ödənilməsi üçün xüsuusi ehtiyatın yaradılmasına 2 mln 516 min manat ayrılıb.
Yekunda, bank 2018-ci ilin 3-cü rübünü 1 mln 604 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2018-ci ilin 2-ci rübünü 1 mln 137 min manat mənfəətlə, 2017-ci ilin yekununu 4 mln 63 min manat mənfəətlə başa vurub.
FED.az “Ziraat Bank”ın “Balans” hesabatın istinadən bildirir ki, bankın 2018-ci ilin 3-cü rübü üçün cəmi aktivləri ilin əvvəlinə nəzərən 23,14% artaraq 229 mln 868 min manata yüksəlib, cəmi kapital isə 1,76% artaraq 67 mln 62 min manata çatıb.
Bankın kredit portfeli 2018-ci ilin ilk 9 ayı üçün 89 mln 563 min manat olub, müqayisə üçün qeyd edək ki, bu göstərici ilin əvvəlində 67 mln 884 min manat olub.
“Ziraat Bank Azərbaycan”ın mənfəəti 2 dəfə azalıb
16:57
17 Okt 2018