Bu ilin yanvar-sentyabr aylarına əsasən “Ziraat Bank Azərbaycan”ın kredit portfeli 728 milyon 261 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü ilin sonu ilə müqayisədə 198 milyon 547 min manat və ya 37,5% artım deməkdir.
Kredit portfelinin mütləq əksəriyyətini – 671 milyon manatını biznes kreditləri təşkil edib. İlin əvvəlindən biznes kreditləri 172 milyon 939 min manat (34,7%) artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfelində kəskin artım qeydə alınıb. Belə ki, portfel 14 milyon 372 min manat və ya 3,7 dəfə artaraq 19 milyon 761 min manata çatıb. Daşınmaz əmlak kreditləri isə 11 milyon 236 min manat və ya 42,8% artaraq 37 milyon 503 min manat olub.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi kredit portfeli 529 milyon 714 min manat təşkil etmişdi. Bu portfelin 498 milyon 58 min manatı biznes, 5 milyon 389 min manatı istehlak, 26 milyon 266 min manatı isə daşınmaz əmlak kreditləri idi.