Dünyanın 17 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun daxilində həyata keçirilən dövrü yerdəyişmələr ilə əlaqədar olaraq Ekrem Furat İdarə Heyətinin yeni üzvü seçilib.
Bu barədə FED.az-a bankdan bildirilib.
Həmçinin paralel olaraq Ahmet Kudret İşler “Ziraat Bank Azərbaycan”dan ayrılaraq “T.C. Ziraat Bankası” A.Ş.-da yeni vəzifəyə təyin olunub.
Qeyd edək ki, Ekrem Furat 15 illik zəngin bank təcrübəsinə malikdir. O, peşəkar karyerasına 2007-ci ildə “T.C. Ziraat Bankası” A.Ş.-da başlayıb. 2008-2020-ci illər ərzində Kreditlərin Təhlili Departamentində müxtəlif vəzifələrdə çalışan Ekrem Furat, 2021-ci ildən filial rəhbəri vəzifəsində fəaliyyət göstərib. 2024-cü il fevralın 26-da “Ziraat Bank Azərbaycan”a İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyəyə məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı bankın feysbuk, instaqram, tviter, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.