100% Türkiyə kapitallı “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə yeni təyinat olub.
Eləcə də bax: “Unicapital İnvestisiya Şirkəti”nin rəhbərliyinə - TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, İdarə Heyətinə yeni üzv seçilmiş şəxs Rövşən İbrahimovdur.
R.İbrahimov Bank səhmdarlarının qərarı ilə 2020-ci ilin iyunundan etibarən bu vəzifəyə yüksəlib. O 2019-cu ilin mayından “Ziraat Bank Az.”da Əməliyyat departamentinin direktoru, ona qədər isə (2015-ci ildən) Kreditin ayrılması və monitorinqi departamentinin direktoru olub.
O, “Ziraat Bank Az.”na 2017-ci ilin sonu lisenziyası ləğv edilən “Dəmir Bank” ASC-dən gəlib.
Bu təyinatdan sonra “Ziraat Bank Az.”da sədrlə yanaşı iki üzv olacaq.