FED.az Banker.az-a istinadən xəbər verir ki, 21 illik bank təcrübəsinə malik olan Ahmet Kudret İşler 24 iyul 2020-ci il tarixindən etibarən “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvü təyin edilmişdir.
Eləcə də bax: ABB-nin yeni yaradılan investisiya şirkətinə - Təyinat
Qeyd edək ki, Ahmet Kudret İşler 2015-2016 illər arasında “Ziraat Bank Azərbaycan” ASC-də “Kreditlərin Təhlili Departamenti”-nin Direktoru vəzifəsində, 2016-cı ildən isə “Kreditlərin Təhlili və Monitorinqi Qrupu”-nun Direktoru vəzifəsində çalışır.
Bundan əlavə, Ahmet Kudret İşler 2017-ci ildən “Azərbaycan Kredit Bürosu”-nun Müşahidə Şurasının üzvüdür.
Beləliklə də, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyəti aşağıdakı tərkibdə formalaşmışdır:
- Avni Demirci – İdarə Heyətinin sədri
- Ahmet Kudret İşler – İdarə Heyətinin üzvü
- Vüqar Əlipaşayev – İdarə Heyətinin üzvü
- Rövşən İbrahimov – İdarə Heyətinin üzvü
“Ziraat Bank Azərbaycan” ASC, “Azərbaycan Respublikası Mərkəzi Bankı” tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır.
Bank üç səhmdardan ibarət olmaqla Açıq Səhmdar Cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası ASC, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Teknoloji ASC və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler ASC-dir.