“Ziraat Bank Azərbaycan” ASC Türkiyədə qiymətli kağızlar alıb.
Eləcə də bax: "Ziraat bank"ın vəziyyəti məlum oldu - HESABAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Bankın audit göstəricilərində bildirilib.
Azərbaycandakı törəmə bank “Türkiye Halk Bankası A.Ş”nın ABŞ valyutası ilə emissiya etdiyi 5 milyon 146 min ABŞ dolları dəyərində istiqrazlar əldə edib. İstiqrazları nominal dəyəri ilə eyni qiymətlə əldə edib.
Bununla belə “Ziraat Bank Azərbaycan” əlində SOCAR tərəfindən dollarla buraxılmış 4 milyon 76 min dollarlıq istiqrazları qalmaqdadır. Bununla da qiymətli kağızlar portfeli 9 milyon 472 min dollara qalxıb.
Kommersiya bankı 2019-cu il ərzində qiymətli kağızlardan 351 min manat (205 min dollar) həcmində faiz gəliri əldə edib. Lakin, bu öncəki ildə 1 milyon 23 min manat təşkil etmişdi.