Azərbaycanda Türkiyə kapitalı ilə fəaliyyət göstərən banklardan olan “Ziraat Bank Azərbaycan” ötən il gəlirlərini 50%-ə yaxın artırıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az biznes və maliyyə xəbərləri portalı “Ziraat Bank Azərbaycan”ın gəlir mənbələrini araşdırıb.
“Ziraat Bank Azərbaycan” 2025-ci ildə demək olar ki, bütün gəlir sahələrindən gəlirlərini artırıb. Bank ötən il gəlirlərinin böyük hissəsini 64 milyon 243 min manatını və ya ümumi gəlirlərin 67%-ini kredit portfeli üzrə faiz gəlirlərindən əldə edib. Bu gəlirlər 2024-cü illə müqayisədə 66,6% artıb.
Qiymətli kağızlara yatırımlar banka 907 min manat gəlir gətirib və ümumi gəlirlərdə 1%-lik yer tutub. Bu gəlirlər bir ildə 59,1% çoxalıb.
Bank həm digər banklardakı depozitlərdən, həm də digər banklara verilmiş kreditlərdən gəlir əldə edib. Belə ki, digər banklara verilmiş kreditlərdən gəlirlər 2 milyon 956 min manat – ümumi gəlirlərdə 3%, digər banklardakı depozitlərdən gəlirlər isə 10 milyon 533 min manat – ümumi gəlirlərdə 11% olub, bunlar da, müvafiq olaraq 96,1% və 21,6% artım göstərib.
Komissiya haqlarından gəlirlər 9 milyon 304 min manat olmaqla ümumi gəlirlərin 10%-ini tutub və bir ildə 17,5% çoxalıb.
Bankın digər qeyri-faiz gəlirləri 1 milyon 785 min manat olub ki, bu da, son bir ildə 87,9% çoxalma deməkdir. Bu gəlirlər ümumi gəlirlərdə 2%-lik yerə malik olub.
“Ziraat Bank Azərbaycan”ın yalnız valyuta əməliyyatlarından gəlirləri azalıb. Belə ki, bankın bu sahədən gəlirləri bir ildə 10% azalaraq 5 milyon 964 min manata düşüb və ümumi gəlirlərin 6%-ini tutub.
2024-2025-ci illər ərzində “Ziraat Bankı Azərbaycan”nın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
38 559 |
60% |
64 243 |
67% |
66,60% |
|
QK-a investisiyadan gəlir |
570 |
1% |
907 |
1% |
59,10% |
|
Digər banklara kreditlərdən gəlirlər |
1 507 |
2% |
2 956 |
3% |
96,10% |
|
Digər banklara depozitlərdən gəlirlər |
8 659 |
14% |
10 533 |
11% |
21,60% |
|
Komissiya haqları |
7 920 |
12% |
9 304 |
10% |
17,50% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
6 632 |
10% |
5 964 |
6% |
-10% |
|
Digər qeyri-faiz gəlirləri |
950 |
1% |
1 785 |
2% |
87,90% |
|
|
|||||
|
Cəmi gəlirlər |
64 797 |
100% |
95 692 |
100% |
47,70% |














