FED.az Azərbaycanda Türkiyə kapitalı ilə fəaliyyət göstərən iki bankdan biri - “Ziraat Bank Azərbaycan”ın gəlir mənbələrini təqdim edir.
«Paşa Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2024-cü ilin üçüncü rübünün nəticələrinə görə “Ziraat Bank Azərbaycan”ın ümumi gəlirləri 47 milyon 122 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 15-ci yeri tutur.
Əldə edilən gəlirin böyük hissəsi – 27 milyon 380 min manatı və ya 58%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb.
İkinci ən çox gəlir gətirən mənbə bankın digər banklara ayırdığı depozit və kreditlərdir – ümumilikdə 8 milyon 525 min manat və ya ümumi gəlirin 18%-i.
Komissiya haqlarından isə 5 milyon 561 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 12%-i deməkdir.
Daha 4 milyon 238 min manat isə valyuta əməliyyatlarından daxil olub, başqa sözlə bankın bütün gəlirlərinin 9%-i. Azərbaycanda xarici kapitalla fəaliyyət göstərən bütün banklar kimi, “Ziraat Bank Azərbaycan”ın da valyuta əməliyyatlarından gəlirləri kifayət qədər yüksəkdir.
Daha 468 min manat qiymətli kağızlar üzrə olan faizlərdən yaranıb və ümumi gəlirlərin 1%-i qədərdir.
Bank ümumi gəlirlərinin 2%-lik hissəsini yəni 950 min manatını digər qeyri-faiz gəlirlərindən qazanıb.
Ümumiyətlə, “Ziraat Bank Azərbaycan”ın gəlirlərinin 77%-i faiz, 23%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
27 380 |
58% |
Komissiya haqları |
5 561 |
12% |
Valyuta əməliyyatlarından gəlirlər |
4 238 |
9% |
QK-a investisiyadan gəlir |
468 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
7 121 |
15% |
Digər banklara kreditlərdən gəlirlər |
1 404 |
3% |
Digər faiz gəlirləri |
- |
- |
Digər qeyri-faiz gəlirləri |
950 |
2% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
47 122 |
100% |