Ziraat Bank Azərbaycan Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələdə zərər çəkənlərə yardım etmək istəyən müştəriləri üçün Mobil Bankçılıq tətbiqi və İnternet Bankçılıq platforması vasitəsilə ilə daha rahat şəkildə yardımın icrası məqsədilə əsas səhifədə “AFAD” qurumuna ianələr üçün xüsusi düymə yaratmışdır.
Türkiyədə baş vermiş güclü zəlzələ ilə bağlı yardım etmək istəyən - VƏTƏNDAŞLARIMIZIN NƏZƏRİNƏ!
Qeyd edək ki, Ziraat Bank Azərbaycan həm filialları, həm də rəqəmsal platformaları vasitəsi ilə zəlzələdən zərər çəkənlər üçün köçürmələri fəlakətin baş verdiyi ilk gündən bəri komissiyasız və ƏDV-siz icra edir.
Bank həmvətənlərimizin daha aydın və rahat şəkildə ianələrini köçürməsi məqsədi ilə iki növdə fərqli izahedici video təlimatlarını da hazırlamışdır.Təlimatlarda istər Ziraat Bank Azərbaycan bankının müştərisi, istərsə də müştərisi olmayan şəxslər ianə etmə üsulları ilə bağlı aydın şəkildə tanış olub, dəstək məqsədli köçürmələrini rahat icra edə bilərlər.
Bank müştəriləri üçün Mobil Bankçılıq tətbiqi və İnternet Bankçılıq platformasında köçürmənin icra edilməsi ilə bağlı açıqladığı videonu izləyicilərmizin diqqətinə çatdırırıq.