“Ziraat Bank Azərbaycan” ASC İT departamentinin Texniki Dəstək şöbəsinə Mütəxəssis/ Aparıcı mütəxəssis/ Baş mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
- Texniki ali təhsil;
- Şəbəkə texnologiyaları üzrə biliklər;
- Virtual sistemlər: VMware Vcenter, ESXi üzrə işləmək bacarığı;
- Microsoft texnologiyaları: Windows 7-8.1, Windows Server 2003/2008/2012 üzrə işləmək bacarığı;
- Terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail üzrə işləmək bacarığı;
- Ehtiyyat nüsxəsinin yaradılması: Symantec, Veeam Backup&Replication, Acronis üzrə işləmək bacarığı;
- Antivirus sistemləri ilə işləmək bacarığı;
- İnformasiya təhlükəsizliyi üzrə biliklər;
- Rus və ingilis dili bilikləri arzuolunandır;
- Müvafiq sahə üzrə 3 il təcrübə.
Əsas vəzifələr:
- Şəbəkə xidmətinin daim işlək vəziyyətdə olmasının təmin edilməsi;
- Mərkəzləşdirilmiş şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat, səsli və informasiya kommunikasiyaları sistemlərinin dəstəklənməsi;
- Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi;
- Elektron poçt ünvanlarının işlək vəziyyətdə olmasının təmin edilməsi;
- Bankın struktur bölmələrinin idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin edilməsi;
- Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;
- Məlumatların elektron arxivləşdirilməsi işinin təşkil edilməsi;
- Server avadanlıqlarının administrasiyası və texniki dəstəklənməsi;
- Virtual sistemlərin administrasiyası və texniki dəstəklənməsi;
- Ehtiyyat nüsxələrinin yaradılması sistemlərinin administrasiyası;
- Proqram təminatının monitorinqlərinin aparılması;
- Sistem problemlərinin həlli və diaqnostikası;
- Avadanlıqların quraşdırılması və sazlanması;
- Dəyişikliklərin sənədləşdirilməsi.
Maaş: 1000 AZN – 1600 AZN
Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 5-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində TEXNİKİ DƏSTƏK qeyd etməyiniz vacibdir.