Bankdakı nağd pul dövriyyəsini asanlaşdırmaq üçün “Ziraat Bank Azərbaycan” müştərilərini müasir özünəxidmət servisi ilə təmin edir.
"Ziraat Bank Azərbaycan"dan FED.az-a verilən məlumata görə, ölkədə ilk dəfə Ziraat Bankın filialında quraşdırılan Smart Safe-lər vasitəsilə bankın müştəriləri növbə gözləmədən və əlavə sənədləşməyə ehtiyac qalmadan vəsaiti birbaşa hesablarına yatıra bilirlər.
Vəsaitin vaxtında təslim edilməsi, cari hesaba onlayn inteqrasiya ilə dərhal mədaxil, təhlükəsizlik (mədaxil qurğuya yerləşdirilən kimi, bank tərəfindən qəbul olunmuş hesab edilir), vaxt qənaəti, kassaya faydalı bir alternativ Smart Seyf-in başlıca üstünlükləridir.
Filial müdirinin sözlərinə görə, Smart Safe filialın işinin gedişatına bir sıra müsbət təsirlər göstərir. Bunlar arasında; növbənin yaranmasının qarşısının alınması, müştəri məmnuniyyətinin artması, bank daxili prosesleri sürətləndirilməsini sadalamaq mümkündür.
Qeyd edək ki, hazırda Ziraat Bankın filialında fiziki müştərilərə xidmət göstərən Smart Safe AZN və USD valyuta növlərində əməliyyatlar icra edir. Smart Safe-lərə maraq və tələbata bağlı olaraq gələcəkdə cihazın imkanlarının genişləndirilməsi nəzərdə tutulub.
"Ziraat Bank Azərbaycan" ilk dəfə olaraq "Smart Safe"lərin tətbiqinə başladı
11:26
8 Noy 2017