"China Eximbank"dan 500 milyon dollarlıq kredit götürən Türkiyənin Ziraat Bankı (Ziraat Bankası), bu dəfə avrobond buraxıb.
"Ziraat Bank Azərbaycan" növbəti il - FİLİAL ŞƏBƏKƏSİNİ GENİŞLƏNDİRƏCƏK
FED.az xəbər verir ki, Ziraat Bank 5 illik avrobond emissiyası ilə beynəlxalq bazarlardan 500 milyon dollar borc alıb. İstiqrazın gəlirliliyi 8,125 faiz təşkil edib.
Bloomberg-ə görə, bazar ertəsi başa çatan 16 yanvar 2029-cu il tarixli geri qaytarılma ilə emissiya üzrə 1,9 milyard dollardan çox tələb (sifariş) olub.
Xəbərə görə, cəlb edilən vəsait Ziraat Bankın Davamlı Maliyyələşdirmə Proqramına uyğun olaraq veriləcək kreditlərdə istifadə olunacaq.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən "Ziraat Bank Azərbaycan" ASC "Ziraat Bankası"nın törəmə bankıdır. (Marja)