2018-ci ilin 1-ci yarısında “Bank Silk Vey” ASC-nin səhmdarlarının paylarında dəyişiklik olub. Səhmdarlardan Zərifə Həmzəyevanın payı artıb, “VİP Aviasiya”nın payı isə azalıb.
FED.az xəbər verir ki, 2017-ci ilin sonunda Bankın nizamanmə kapitalının 30%-i “VİP Aviasiya” şirkətinə, 69,70%-i Zərifə Həmzəyevaya, 0,3%-i isə Elvira Əhmədovaya məxsus idi.
30 İyun 2018-ci il tarixinə olan məlumata görə, Bankın nizamanmə kapitalının 15,20%-i “VİP Aviasiya” şirkətinə, 84,50%-i Zərifə Həmzəyevaya, 0,3%-i isə Elvira Əhmədovaya məxsusdur.
Ötən il "Bank Silk Vey" ASC-nin səhmlərinin 0,3%-nə nəzarət edən Bankın Müşahidə Şurasının sədri Elçin Əhmədov payını satmışdı. Onun payını Elvira Əhmədova almışdı.
Zərifə Həmzəyeva "AZAL"ın Prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.
“VİP Aviasiya” MMC “Silkway Bank"ın da daxil olduğu “Silkway Holding”in tərkibində fəaliyyət göstərir.
30 İyun 2018-ci il tarixində "Bank Silkn Vey" 104 milyon 601 min manat nizamanmə kapitalına malik olub.
Bank 2018-ci ilin birinci yarısını böyük məbləğdə xalis mənfəətlə başa vurub. Bank birinci yarım ilin yekunları üzrə səhmdarlara 1 milyon 900 min manat dividend ödəyib