Kredit bazarının hazırı durumunu analiz etsək, məlumuz olar ki, istehlak məqsədilə rəsmiləşdirilən nağd pul kreditləri müştərilər tərəfindən ən çox tələbat olan Bank məhsullarındandır. Bu kreditlərin rəsmiləşməsi proseduru əksər banklarda çox qısa vaxt alır. Bu səbəbdən müştəri təhlili baxımından biznes kreditləri ilə müqayisədə nağd istehlak kreditləri nisbətən riskli hesab olunur. Banklar istehlak kreditləri rəsmiləşdirən zaman müştəri mənmuniyyətini və loyallığı qorumaqla yanaşı riskləri də düzgün tənzimləməlidirlər. Əks halda bu kredit portfelinin keyfiyyətinin kəskin pisləşməsinə gətirib çıxara bilər. Bu üsullar içində ən geniş yayılanlardan zaminlik tələbini qeyd edə bilərik. Bankların girovsuz təklif etdikləri nağd istehlak kreditlərinə tətbiq etdiyi zamin tələbi araşdırılıb. Araşdırma onu deməyə əsas verir ki, banklar əsasən kredit məbləğinə və müddətinə, müştərilərin rəsmi gəlirlərinə və kredit tarixçəsinə əsaslanaraq zaminlik tələblərini müəyyən edirlər. Bəzi banklarda isə bu tələb fərdi olaraq, komitə qərarı əsasında müəyyən edilir.
Aşağıdakı cədvəldə bankların nağd istehlak kreditləri üzrə təklif etdikləri maksimum məbləğ və bu məbləğin hansı hissəsinin zaminsiz rəsmiləşdirilməsi ilə bağlı şərtlərlə ətraflı tanış ola bilərsiniz.
Bank | Maksimum kredit məbləği | Zaminlik şərtləri |
AccessBank | 20 000 AZN | Fərdi baxılır. |
AFB Bank | 10 000 AZN | 5 000-dək – bir fiziki və ya bir hüquqi şəxsin zaminliyi
5 001-10 000-dək – iki fiziki və ya bir hüquqi şəxsin zaminliyi |
Amrahbank | 10 000 AZN | Kreditin məbləği 3000 AZN dən yuxarı olduqda zamin tələb edilir |
AtaBank | 5 000 AZN | Bütün hallarda 1 nəfər rəsmi gəliri olan fiziki şəxsin zaminliyi tələb edilir |
Azer-Turk Bank | 20 000 AZN | Müştərinin əmək haqqı məbləğindən asılı olaraq dəyişir. Belə ki, rəsmi əmək haqqı:
|
Bank BTB | 10 000 AZN | Kreditin məbləği 3000 AZN dən yuxarı olduqda zamin tələb edilir |
Bank of Baku | 20 000 AZN | Müştərinin əmək haqqı məbləğindən asılı olaraq dəyişir. Belə ki, rəsmi əmək haqqı:
|
Bank VTB | 10000 AZN | Kreditin məbləği 3500 AZN dən yuxarı olduqda zamin tələb edilir |
Bank Respublika | 10 000 AZN | Müştərinin əmək haqqı məbləğindən asılı olaraq dəyişir. Belə ki, rəsmi əmək haqqı:
|
Expressbank | 20 000 AZN | Kreditin məbləği 5000 AZN dən yuxarı olduqda zamin tələb edilir |
Kapital Bank | 20 000 AZN | Zaminlik tələbi yalnız hərbiçilər üzrə mövcuddur:
|
NBC Bank | 10 000 AZN | Fərdi baxılır. |
Nikoil Bank | 30 000 AZN | Kreditin məbləği 7500 AZN dən yuxarı olduqda zamin tələb edilir |
Rabitabank | 10 000 AZN |
|
TuranBank | 10 000 AZN | Kreditin məbləği 1000 AZN dən yuxarı olduqda zamin tələb edilir |
Unibank | 20 000 AZN | Kreditin məbləği 15 000 AZN dən yuxarı olduqda zamin tələb edilir |
YapiKrediBank | 10 000 AZN | Fərdi baxılır. |