“Rabitəbank” ASC-nin Müşahidə Şurası sədri olan Zakir Nuriyevin bankın nizamnamə kapitalındakı (səhm kapitalında) payı 13,14%-dən 11,48%-ə enib. Bankın hazırda səhm kapitalı 101,30 mln. manatdır.
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2018-ci ildə ümumilikdə isə Nuriyevlərin bankdakı payları azalmaqdadır.
Belə ki, Dilarə Nuriyeva-nın payı 10,43%-dən 9,11%-ə, Seyran Nuriyevin payı 32,53%-dən 7,60%-ə qədər azalıb.
Məlumata görə digər səhmdar olan Yaşar Qurbanov banka aid səhmlərini satıb. Y.Qurbanov buna qədər 1,7% pay sahibliyi var idi.
Hazırda tam siyahı belədir:
40,60% – Rauf Əliyev
30,00% – Validə Abbasova
11,48% – Zakir Nuriyev
9,11% – Dilarə Nuriyeva
7,60% – Seyran Nuriyev
1,07% – Aslan Xasiyev
0,14% – 12 Hüquqi Şəxs