Azərbaycanda dollarlaşma səviyyəsinin azalması müsbət tendensiyalardan biridir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, aprelin sonunda banklarda depozit portfelinin dollarlaşma səviyyəsi 41,7 faizdən 35,7 faizə, fiziki şəxslərin əmanətləri üzrə isə 33,7 faizdən 30,2 faizə enib.
" Bu, milli valyutada yığımların artması və maliyyə sisteminin dayanıqlılığının güclənməsi baxımından vacib göstəricidir", - deyə o, bildirib.














