Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev 4 bankın birləşəcəyi xəbərləri ilə bağlı açıqlama verib. Bildirib ki, Bank sektorunda konsolidasiya prosesi daim hərəkətdə olan prosesdir. Konsolidasiya prosesləri hər zaman olub və olacaq.
“Bu gün dünyanın ən böyük bankları da konsolidasiya prosesi ilə üzləşir. Bu proses qaçılmazdı. Ancaq biz konsolidasiya prosesinin neçə bankı əhatə edəcəyini və nə zaman baş verəcəyini dəqiq deyə bilmərik”.