“Maliyyə və Texnologiyalar Sammitinin (“Fintex Sammit”) qarşıdakı dövrlərdə illik olaraq keçirilməsi planlaşdırılır”. FED.az xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib. Onun sözlərinə görə, qarşıdakı dövrdə əsas hədəf bu platformaların inkişaf etdirilməsidir.
“Hesab edirik ki, bu gün Azərbaycan maliyyə imkanlarına görə regionun ən mühüm dövlətidir, bank və maliyyə mərkəzi funksiyalarını üzərinə götürüb. Məhz buna görə də qabaqcıl texnologiyaların tətbiqinin inkişaf etdirilməsi vacibdir”, - deyə o, qeyd edib.
Bundan başqa, Z.Nuriyev əlavə edib ki, Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanı maliyyə sektorunun yeni, dayanıqlı inkişaf mərhələsinə keçməsinə imkan yaradıb: “Bu fərmanla bankların iqtisadiyyatın real sektorunu effektiv maliyyələşdirməsinə geniş imkan yaranıb. Bu istiqamətdə görülən əməli işlərin bundan sonra da davam etdirilməsi qarşıda duran prioritet məsələlərdən biridir”.
Zakir Nuriyev: "Azərbaycan regionun bank və maliyyə mərkəzi funksiyalarını üzərinə götürüb"
11:17
16 May 2019