Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Yunayted Kredit Bank” ASC-də Kreditorlar Komitəsi yaradacaq.
FED.az xəbər verir ki, bu barədə bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Qeyd edək ki, Ə.Həsənov ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədridir. Onun sözlərinə görə, hazırda 5 bağlanmış bankda bu cür komitə mövcuddur və onlar birgə fəaliyyət haqqında danışıqlara başlayıb.