Azərbaycanın aparıcı banklarından olan «Unibank» ilin ilk yarısı üzrə maliyyə nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, ilk 6 ayın nəticəsi olaraq bank 62 milyon 435 min manat xalis mənfəət əldə edib.
Eləcə də bax: Azərbaycan bankları 2-ci rübü necə tamamlayıb? – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI – YENİLƏNİR
Bu göstərici ilə «Unibank» ilk yarım ildə ən yüksək mənfəət əldə edən banklardan biri olub. İndiyədək açıqlanan maliyyə göstəricilərinə görə, Beynəlxalq Bank (300 milyon manat) və «Kapitalbank»dan (73,2 milyon manat) sonra «Unibank» 62,4 milyon manat göstərici ilə 3-cü yerdədir.
Yeri gəlmişkən, «Unibank» yarım illik xalis mənfəətinə görə, «PAŞA Bank»ı da (51,7 milyon manat) geridə qoyub.
FED bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank bu ilin birinci yarısına olan hesabata görə, 62 mln 435 min manat xalis mənfəət əldə edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4.26 dəfə çoxdur. Xatırladaq ki, ötən ilin birinci rübündə bankın xalis mənfəəti 14 mln 639 min manat təşkil edib.
Bankın aktivləri bu ilin birinci yarısına 799 mln 494 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28.69% çoxdur.
Ötən ilin birinci yarısında bankın öhdəlikləri 543 mln 063 min manat olduğu halda bu ilin birinci yarısında bu rəqəm artaraq 681 mln 029 min manat , faiz gəlirləri 42 mln 038 min manat, faiz xərcləri isə 16 mln 937 min manat təşkil edib.
Hesabat dövründə bank müştərilərinə 404 mln 703 min manat kredit verib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 22% çoxdur.
Həmçinin hesabat dövründə bankın öhdəlikləri 25,4% artaraq 681 mln 029 min manata, depozit portfeli isə 47,5% artaraq 519 mln 229 min manata çatıb. Bankın cəmi kapitalı 118 mln 464 min manat təşkil edib. Bank 35 min manat mənfəət vergisi ödəyib.
Yüksək mənfəət açıqladı - BANK HESABATI
10:47
31 İyul 2019