22 fevral Avtomobil Yol İşçilərinin Peşə Bayramı Gününə özəl olaraq Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına başlayıb. 21 fevral tarixindən 02 mart tarixinə qədər davam edəcək kampaniya çərçivəsində Azərbaycan Beynəlxalq Bankının əməkhaqqı kartına sahib hər bir avtomobil yolları işçisi nağd pul kreditini güzəştli şərtlərlə ala bilər.
Kampaniyanın özəllikləri:
• Kreditin məbləği – 20.000 manatadək
• Kreditin müddəti – 60 ayadək
• İllik faiz dərəcəsi - 2% endirimlə / 23%-dən başlayaraq
• Kredit 5000 manata qədər olduqda - zaminsiz
• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməli və ya 8937 qısa nömrəsinə SMS göndərməlidir.
Yol işçiləri üçün kredit kampaniyası başladı
15:38
21 Fev 2018