Unibankda struktur yeniliyi olub. Unibank-da strukturun optimallaşdırılması tədbirləri çərçivəsndə Marketınq Departamenti İdarə heyəti sədrinin Pərakəndə bank xidmətləri üzrə müavini Taleh Tahirlinin kurasiyasına keçib. Taleh Tahirlinin vəzifəsi bundan sonra Pərakəndə Bank xidmətləri və Marketinq üzrə İdarə heyəti sədrinin müavini adlandırılacaq.
Adı çəkilən bölmələrin bir kurasiyada birləşdirilməsində məqsəd bazar analitikasından istifadəni gücləndirməklə yanaşı, innovativ bank məhsullarının yaradılmasında çevikliyi daha da artırmaqdır.
Həmçinin əldə edilən məlumata görə, Unibankın Marketinq üzrə direktoru Yevgeniy Soltanov öz istəyi ilə işdən ayrılıb və öz fəaliyyətini ölkə xaricində şirkətlərin birində davam etdirəcək.
Unibank-dan bildirilib ki,Unibank rəhbərliyi Bankın inkişafına verdiyi töhfəyə görə Yevgeniy Soltanova təşəkkürünü bildirir və yeni işində uğurlar arzulayır.