“AtaBank” ASC-nin “Yeni ilə iPhone ilə” kampaniyası əmanətçiləri sevindirməyə davam edir.
FED.az xəbər verir ki, "AtaBank"da əmanət yerləşdirən müştərilər 12 noyabr tarixindən etibarən start götürən kampaniyadan faydalanırlar.
Eləcə də bax: "AtaBank" “Qlobal Sahibkarlıq Həftəsi”ndə - TƏLTİF EDİLDİ
Kampaniya çərçivəsində əmanət yerləşdirən müştərilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edirlər.
Artıq kampaniya müddəti ərzində – 107 ədəd İSMA Bike, 29 ədəd iPhone 11, 4 ədəd iPhone 11 Pro, 3 ədəd iPhone 11 Pro Max, 100-dən çox otel istirahət paketləri və digər hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunmuşdur.
Xatırlatmaq istərdik ki, “Yeni ilə iPhone ilə” kampaniyasının şərtlərinə əsasən əmanətçilər müxtəlif hədiyyələrə sahib ola bilərlər: iPhone 11, Pro və Pro Max telefonları, İSMA Bike, Gəncə Beynəlxalq Xəstəxanasında tam klinik müayinə, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA, Shamakhi Palace Sharadil, Quba Palace, Lankaran Springs & Wellness Resort, Garabag Resort & SPA, Aura SPA otellərində istirahət paketləri, eləcə də Uludağ/Şri-Lanka/Şarm-Əl-Şeyx/Dubay istiqamətlərinə səyahət imkanı.
Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 31 dekabr 2019-cu il tarixinədək qüvvədədir. Bu fürsəti qaçırmayın!
WhatsApp / Telegram istifadəçiləri 050 9999136 telefon nömrəmizə yazaraq kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.