Azərbaycanın aparıcı banklarından olan «Yelo Bank»ın idarə heyətinin sədri Anar Həsənov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) sədri seçilib.
Yelo Bank-da “Women Bankers’ Club”ın - GÖRÜŞÜ KEÇİRİLİB
FED.az xəbər verir ki, 180-dan artıq üzv şirkət ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır.
«Sədrimizin yeni vəzifəsində də uğurlu nəticələr əldə edəcəyindən əminik»-deyə bankın bu barədə paylaşımında bildirilir.
Xatırdladaq ki, «Yelo Bank» 2022-ci ildə ölkədə ən sürətlə böyüyən banklardandır. 2022-ci ilin 3-cü rübünün nəticələrinə görə, bankın aktiləri 49% artıb, bank 3-cü rübü 3,2 milyon manat xalis mənfəətlə başa vurub.