28 dekabr 2021-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi 81k ünvanında yerləşən “YeloBank” ASC-nin baş ofisində keçirilməsi nəzərdə tutulan Səhmdarların növbədənkənar Ümumi Yığıncağının keçirilmə ünvanı 119019 Moskva, Znamenka 8/13 ünvanına dəyişdirilmişdir.
FED.az xəbər verir ki, bankın yaydığı məlumatda bildirilir ki, əvvəlcədən təqdim edilmiş bildirişdəki digər məlumatlar (vaxt və gündəlikdə olan məsələlər) ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmamışdır.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və səlahiyyəti təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi xahiş olunur.
"Yelo Bank" ASC-nin səhmdarları "Topaz İnvetment Limited" MMC (96.02%), "İSR Holdinq" MMC (0.09%) və fiziki şəxslərdir (3.89%). "Topaz İnvetment Limited" MMC tanınmış azərbaycanlı iş adamı, "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovun nəzarətindədir. (Marja)