Maliyyə bazarında rəqabət artdıqca banklar istehlakçılara cəlbedici təkliflərlə müxtəlif kartlar təklif etməyə davam edir. Lakin hər bir bankın kartlarının fərqli üstünlükləri və mənfi cəhətləri var. Müştərilərin kartlarla cashback qazanmaq imkanları, kartla etdikləri əməliyyatlar zamanı tətbiq olunan komissiylar, kart xidmətləri üzrə ödənişlər və s. kartlar üzrə müxtəlifdir.
«Bolkart», «Kartmane», «NeoKart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
FED.az Azərbaycanın üç aparıcı bankının kartlarını müqayisə edib. Bu məqalə insanlara hansı kartın ən uyğun olduğunu tapmağa kömək edəcək.
«Yelo Light» – «Yelo Bank»ın kartı müştərilərə partnyor mağazalarda 30%-dək cashback qazandırır. Kartın faydası tək cashbacklə yekunlaşmır eyni zamanda kartda saxlanılan qalığa görə 4% gəlir əldə etmək mümkündür
ATB card – Azərbaycanın dövlət bankı olan “Azər-Türk Bank” müştərilərinə “ATB card”ı pulsuz olaraq təqdim edir. Kart 5 illik nəzərdə tutulub və limitlər daxilində komissiyasız əməliyytalar etmək imkanı yaradır.
“My card standard” – Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi üzrə liderlərdən olan «Accesbank»ın kartını 15 AZN ödəməklə 5 illik kartı əldə etmək olar. Kart komissiyları ilə diqqət çəkir amma müştərilərinə müxtəlif kateqoriyalar üzrə yüksək faizli cashback qazandırır.
Hər üç kartın funksiyalarına görə fərqləndirici nüansları cədvəldə göstərilib:
Göstəricilər |
«YELO LİGHT» |
«ATB CARD» |
«My CARD STANDARD» |
Kartın məxsus olduğu bank |
«Yelo bank» |
«Azər-Türk bank» |
«Access bank» |
Kartın buraxılmasına görə xidmət haqqı |
1 illik-10 AZN; 3 illik-15 AZN |
Pulsuz |
15 AZN |
Kartın müddəti |
3 il |
5 il |
5 il |
Kartın təkrar emissiyası |
Mümkün deyil , yeni kart sifariş etmək olar. |
15 AZN |
10 AZN |
Kartın Valyutası |
AZN; USD; EUR |
AZN |
AZN; USD; EUR |
Cashback |
Tərəfdaş mağazalarda 30%-dək cashback əldə etmək mümkündür.
Market- Supermarket - 2% Geyim və ayaqqabı mağazaları - 4% Kafe restoran - 4% Yanacaqdoldurma məntəqələri - 4% Ölkədaxili digər hər yerdə 0.5% cashback. |
Tərəfdaş mağazalarda 30%-dək cashback əldə etmək mümkündür.
Yanacaqdoldurma məntəqələri, online alış-veriş, elektronika və geyim mağazaları, kafe-restoran, təhsil və tibb xidmətləri 3%-dək. |
Tərəfdaş mağazalarda 30%-dək cashback əldə etmək mümkündür.
Marketlər, Apteklər, Ərzaqlar, Zoomağazalar, YDM, Ehtiyat hissələri, Avtoservis – 3%
Geyim və aksessuar mağazaları, Aviaşirkətlər, Dəmiryolları, Avtomobil kirayəsi, Otellər , Mebel, Çamaşırxana, Kimyəvi təmizləmə, Məişət ləvazimatları - 7%
Kafe, Restoran, Bar, Kinoteatr, Kosmetika mağazaları, Gözəllik salonu, xəstəxana – 5% Yerdə qalan bütün əməliyyatlar – 1%.
|
Kartın məxsus olduğu bankın ATM-də nağdlaşdırma üzrə komissiya |
3000 AZN-dək xidmət haqqı 0% təşkil edir, 3000 AZN-dən yuxarı 1% |
Komissiyasızdır. Lakin limit müəyyən olunub aylıq 20 000 AZN-dək nağdlaşdırma etmək mükündür. |
Komissiyasızdır lakin limit müəyyən olunub gün ərzində 1 500 AZN , ay ərzində isə 7 000 manat nəğdləşdirmə etmək mümkündür. |
Digər yerli banklara məxsus ATM-də nağdlaşdırma üzrə komissiya |
1.5% |
Ay ərzində 1 000 AZN-dək komissiyasız , 1 000 AZN-dən yuxarı 1,5% komissiya |
Ay ərzində 500AZN-dək komissiyasız , 500 AZN-dən yuxarı 2% komissiya. |
Digər xarici banklara məxsus ATM-də nağdlaşdırma üzrə komissiya |
2% |
1.5% |
3% |
Kartın məxsus olduğu bankın kartlarına köçürmələr üzrə komissiya |
Komissiyasız |
Komissiyasızdır . Aylıq 20 000-dək limit müəyyən olunub. |
0.5% |
Digər bank kartlarına köçürmələr üzrə komissiya |
0.7% |
Komissiyasızdır . Aylıq 20 000-dək limit müəyyən olunub. |
0.5% |
Xarici banklara məxsus kartlara köçürmələr üzrə komissiya |
1.5% |
1.5% |
2% |
Kart hesabının artırılması üzrə komissiya |
Ödəniş terminalları vasitəsilə 3000 AZN-dək olan mədaxil üçün komissiya nəzərdə tutulmayıb. Ay ərzində 3000 AZN-dən artıq məbləğ üçün 0,6% komissiya haqqı tutulur. 3000 AZN-dən artıq məbləği komissiyasiz YeloPay terminalları və ya filiala yaxınlaşaraq mədaxil edə bilərsiniz |
Milliön və E manat vasitəsilə mədaxil zamanı 1% komissiya . Digər hallarda isə komissiyasızdır. |
Acces bankın ödəniş terminallarından komissiyasız , milli Ön və E manat terminallarında hesab artırma 10 AZN-dən yuxarı olduğu təqdirdə 1% komissiya. |
"SMS Banking" xidmətinə qoşulma |
Aylıq 5 AZN |
Aylıq 1 AZN |
Ödənişsiz |
"3D secure" xidmətinə qoşulma |
Pulsuz |
Pulsuz |
Ödənişsiz |
Qalıq üzrə faiz |
4% (AZN) |
5,5%(AZN) |
AZN 3%/USD 0,2% |