Azərbaycanda fəaliyyət göstərən Rusiya kapiallı «Yelo Bank» (keçmiş «Nikoyl Bank») 2020-ci ilin 1-ci rübü üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: Təcili: «Yelo Bank»dan illik 12%-lə - GİROVSUZ AQRO KREDITLƏR
FED.az xəbər verir ki, bank son bir ildə kreditlərini 50%-dən çox artırıb.
Birinci rübdə bankın faiz gəlirləri 13 milyon 955 min manat, faiz xərcləri 5 milyon 288 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 22,4% azalıb, faiz xərcləri 50,3% artıb.
Nəticədə bankın xalis faiz gəliri 8 milyon 667 min manat təşkil edib.
1-ci rübdə bankın qeyri-faiz gəliri 833 min manat, qeyri-faiz xərcləri isə 10 milyon 081 min manat olub.
Nəticdə «Yapı Kredi Bank» 1-ci rübü 581 min manat əməliyyat zərəri ilə başa vurub. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 674 min manat ayrılıb.
Nəticədə bank birinci rübü 6 milyon 255 min manat zərərlə bitirib.
Bu dövrdə «Yelo Bank»ın aktivləri 471,5 milyon manat (2,7% azalma), kredit portfeli 321,5 milyon manat təşkil edib.
Birinci rübdə «Yelo Bank»ın kredit portfeli 17,2 milyon manat və ya 5,7% yüksəlib. 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə kredit portfelində 57%-ə yaxın artım baş verib.
Bankın kredit portfelinin əsas hissəsi ənənəvi olaraq biznes kreditlərinin payına düşür – 129,5 milyon manat və ya ümumi kredit portfelinin 40%-i. Kredit portfelinin artımının da əsas hissəsi biznes kreditlərinin hesabına təmin olunub. Ümumilikdə, kredit portfelində ticarətin payı 12.9%, emal sahəsinin - 9.8%, xidmət sektorunun - 6.3%, kənd təsərrüfatının - 5.4%, tikintinin - 3.8% təşkil edir.
Birinci rübdə «Yelo Bank»ın öhdəlikləri 410,4 milyon manat, depozit portfeli 305 milyon manat təşkil edib. Rübün sonunda Bankın məcmu kapitalı 61.4 milyon manat təşkil edir ki, bu da Mərkəzi Bank tərəfindən təyin olunan requlyativ normanı (50 milyon manat) üstələyir.
«Çətinliklər arxada qalıb, yeni qayda ilə işləyirik»
Qeyd edək ki, əvvəlki illərdə - xüsusilə də devalvasiyalardan sonra böyük zərərlə üzləşən «Yelo bank», 2019-cu ildən pozitiv zonaya çıxıb. Həmin vaxt FED.az-a müsahibə verən «Yelo Bank»ın idarə heyəti sədri Nokoloz Hurqaia bankın fəaliyyətində yeni dövrün başlandığını bildirmişdi: «Hazırda bank öz inkişafında pozitiv mərhələdədr. Biz daxildə çox şeyi dəyişirik və bizim müştərilər bunları görəcəklər». Doğrudan da Bankın göstəriciləri müsbətə dəyişib və bank ili mənfəətlə başa vurmağa nail olub, ilin sonunda isə rebrendinq edilərək «Yelo Bank»a çevrilib.
Koronavirusun banklara təsiri – tələblər yumşaldılacaq
2020-ci ildə isə koronavirus pandemiyası bank sektoruna təsirini göstərib. Maliyyə göstəricilərini şərh edən Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib: "Yelo Bank pandemiyanın ilkin mərhələsini biznesin bütün istiqamətləri üzrə sürətlə inkişaf edərək qarşıladı. Pandemiya dünyanın bütün ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatının bütün sahələrinə neqativ təsir etdi. Lakin həllər tapmaq Yelo Bankın dəyərlərindən biridir. Biz tez bir vaxtda yeni iqtisadi reallıqlara adaptasiya olmaq üçün bankın biznesini yenidən qurmağa başladıq. Yelo Bank müştərilərini dəstəkləmək üçün əlindən gələni edəcək. Çətinliklər hər kəsə aiddir və biz qarşılıqlı maraqları qoruyaraq onların öhdəsindən birgə gəlməliyik. Unutmayaq ki, hər böhran yeni imkanlar yaradır». Yeri gəlmişkən, böhranın iqtisvadiyyata və bank sektoruna təsirini nəzərə alan Mərkəzi Bank banklara iş adamları üçün güzəşt etməyi tövsiyə edib, qarşılığında isə banklara qarşı requlyativ tələblər isə 6 ay müddətinə yumşaldılıb.
«Yelo bank» kapitalını artıracaq
Hazırda bank yenidən kapital artımına hazırlaşır. İdarə heyətinin sədri bildirib ki, Bankın dəstəklənməsi və onu artım fazasına qaytarmaq üçün Yelo Bankın səhmdarları kapital artımı hazırlayır: «Eyni vaxtda biz iqtisadiyyatın müxtəlif sahələrinə dövlətin ciddi dəstəyinin şahidi oluruq və real sektorun kreditləşməsi üçün dövlət qurumları ilə əməkdaşlığı genişləndirməyə hazırıq».