Xəbər verildiyi kimi, «Yelo Bank»ın İdarə Heyətinin Sədri Nikoloz Şurqaia tutduğu vəzifədən ayrılıb.
Bankdan FED.az-a verilən məlumata görə, bankın İdarə Heyəti Sədri vəzifəsini müvəqqəti olaraq İdarə heyətinin üzvü və Bankın Maliyyə üzrə baş direktoru Emil Duşdurov icra edəcək.
Çox təcrübəli maliyyəçi olan Emil bəy Deloitte və KPMG kimi beynəlxalq şirkətlərdə 15 illik təcrübəyə malikdir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, həmçinin Böyük Britaniyanın Səlahiyyətli Sertifikatlı Mühasiblər Birliyinin (ACCA) üzvüdür.