Azərbaycanın aparıcı banklarından olan «Yelo Bank»ın kredit portfeli 2022-ci ildə kəskin surətdə artıb. Eyni zamanda portfeldə biznes kreditlərinin payı nrekord həddə çatıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin sonuna bankın kredit portfeli 621 milyon 949 min manata çatıb.
Bu əvvəlki ilin sonu ilə müqayisədə 175,9 milyon manat və ya 39,4% artıqdır. Belə ki, 2021-ci ilin sonunda bankın ümumi kredit portfeli 446 milyon manat olmuşdu.
Bu dövrdə «YELO Bank»ın kredit portfelində ən böyük artım bankın biznes kreditlərində qeydə alınıb. Belə ki, 2022-ci ilin sonuna bankın biznes kreditləri 137,3 milyon manat və ya 53,1% artmaqla 258 milyon 662 min manatdan 396 milyon manata qalxıb.
Daşınmaz əmlak kreditlərində isə 4,4% və ya 3 milyon 325 min manat geriləmə qeydə alınıb. Bununla da daşınmaz əmlak kreditlərinin həcmi son bir ildə 75 milyon 823 min manatdan 72 milyon 498 min manata düşüb.
«YELO Bank»ın istehlak kreditlərinin həcmi isə son bir ildə 41 milyon 896 min manat və ya 37,6% artaraq 111 milyon 553 min manatdan 153 milyon 449 min manata yüksəlib.
YELO Bankın xalis kredit portfeli isə 2021-ci ilin sonu ilə müqayisədə 43,9% və ya 178 milyon 97 min manat artıb. Belə ki, 2021-ci ilin son rübündə xalis kreditlər 405 milyon 255 min manat olduğu halda, 2022-ci ilin sonunda bu göstərici 583 milyon 352 min manat təşkil edib.
2022-ci ildəki dəyişikliklərdən sonra «Yelo Bank»ın kredit portfelində kreditlərinin payı 58%-dən 63,7%-ədək yüksəlib. İstehlak kredtlərinin payı 25%-dən 24,7%-ə, daşınmaz əmlak kreditlərinin payı isə 17%-dən 11,7%-ə enib.