Azərbaycanın bank sektorunun ən fəal üzvlərindən olan «Yelo Bank» 2024-cü ilin ilk yarım ilinin nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin ilk yarısında bankın gəlirləri və mənfəəti kəskin artıb, bankdakı əmanət portfeli sürətlə böyüyüb.
Bankın gəlirləri rekord həddə çatıb
Hesaabat dövründə bankın faiz gəlirləri 75,8 milyon manat, qeyri-faiz gəlirləri 19,6 milyon manat olmaqlaÖ, yarım il ərzində ümumi gəlirləri 95,4 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 38 milyon manat və ya 65% artıq olmaqla rekord göstəricidir.
Əmanət sahibləri 22 milyon manat qazanıb
Bankın faiz gəlirlərinin 63,2 milyon manatı kredit portfelindən daxil olub, 11,7 milyon manat isə «Yelo Bank»ın başqa banklardakı depozitlərinin gətirdiyi faiz gəlirləridir.
Faiz xərcləri isə 25,7 milyon manat olub, bunun böyük hissəsi əmaət sahiblərinə ödənilən faiz gəlirləridir – ilk yarım ildə «Yelo Bank»da əmanəti olan şəxslər 22,7 milyon manat qazanıblar.
Daha 2,1 milyon manat bankın cəlb etdiyi kreditlər üzrə ödənişlərdir.
Qeyrpi-faiz gəlirləri 4 dəfə artıb
Bu il «Yelo Bank»ın qeyri-faig gəlirləri təqribən 4 dəfə artaraq ötən ilki 5 milyon manatdan 19,6 milyon manata yüksəlib.
İlk yarım ildə «Yelo Bank»ın qeyri-faiz gəlirləri sırasında haqq və komissiya gəlirləri 2,6 dəfə artaraq 4 milyon manatdan 10,2 milyon manata yüksəlib. Bu bankda müştəri aktivliyinin artmasının göstəricisdir.
Xarici valyuta ilə əməliyyatlar isə ötən ilin eyni dövründə banka gəlir gətirmədiyi halda bu il 8,6 milyon manat qazandırıb.
Əməliyyat mənfəəti 10 dəfə, xalis mənfəət 3 dəfə artıb
İlk yarım ildə «Yelo Bank»ın kollektivinin böyüməsi isə özünü əmək haqqı xərclərinin təqribən 50% artmasında göstərib – 26 milyon manat.
Nəticədə Bank 2024-cü ilin ilk yarısını 22,6 milyon manat əməliyyat mənfəəti ilə tamamlayıb – bu 2023-cü ilin eyni dövrünə nisbətən 10 dəfə artıqdır.
Yarım ilin nəticələri üzrə «Yelo Bank» mümkün zərərlər üzrə ehtiyatlardan 3,4 milyon manat geri qaytarılıb ki, bu da aktivlərin keyfiyyətinin yaxşılaşmasının göstəricisidir.
Nəticədə ilk yarım ildə bankın xalis mənfəəti 26 milyon manat olub. Bu 2023-cü ilin eyni dövründən 3 dəfə artıqdır (ötən il xalis mənfəət 8,7 milyon manat olmuşdu).
Kredit portfelində sürətli böyümə
2024-cü ilin 2-ci rübünün sonunda «Yelo Bank»ın aktivləri 1 milyard 124 milyon manat olub. İlin əvvəli ilə müqayisədə aktivlərin həcmi 440 milyon manat azalıb. Amma bank bu azalmanı «hiss etməyib». Hesabat dövründə bankın gəlir alətləri – kredit portfeli, başqa banklardakı depozitləri və başqa banklara verilən kreditləri artıb.
Belə ki, ilk yarım ildə «Yelo Bank»ın kredit porptfeli 82 milyon manat və ya 12% artaraq 764 milyon manatdan 846 milyon manata yüksəlib.
Kreditlərin bütün növlərində artım baş verib, əsas artım biznes kreditlərinin payına düşüb – 47 milyon və ya 10%. İstehlak kreditləri 32 milyon manat və ya 16%, daşınmaz əmlak kreditləri 4 milyon manat artıb.
Bankdakı əmanətlər 60 milyon artıb
Yarım ilin sonunda «Yelo Bank»ın öhdəlikləri 808 milyon manat təşkil edib. Fiziki şəxslərin əmanətləri 60 milyon manatdan çox artaraq 634 milyon manatı keçib, hüquqi şəxslərin depozitləri isə 173 milyon manat olub.
Yarım ilin nəticələri üzrə «Yelo Bank»ın kapitalı 26 milyon manat və ya 27% artaraq 99 milyon manatdan 125 milyon manata yüksəlib.