Banner

Bank

"Yelo Bank"dan əsgərlərimizə növbəti - Dəstək

"Yelo Bank"dan əsgərlərimizə növbəti - Dəstək | FED.az
14:43 30 Okt 2020

Yelo Bank torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan müzəffər ordumuza növbəti dəstək aksiyası təşkil etdi.

Eləcə də bax: Təcili: "Yelo Bank"dan Bərdə filialı barədə - AÇIQLAMA

Daha əvvəl də tibbi ləvazimatlar, gigiyenik vasitələr, isti geyimlər, qida məhsulları və digər ilkin tələbat ləvazimatları isti geyimlər tədarük edilərək ön cəbhədə vuruşan əsgərlərimizə və hərbi hospitallara göndərmişdik.

FED.az xəbər verir ki, bu dəfəki dəstək aksiyası zamanı da yardım payları ön cəbhənin fərqli istiqamətində vuruşan əsgər və zabit heyətimizə göndərilib.

Xatırladaq ki, Yelo Bank döyüşlərin ilk günlərində Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat, eləcə də, döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsait ayırmışdı.

Hamı üçün çətin bu dönəmdə hər birimiz həmrəylik nümayiş etdirməli və ordumuza dəstək olmalıyıq.

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?