Azərbaycanın bank sektorunun ən aktiv təmsilçilərindən olan «Yelo Bank»da personala ödənilən orta aylıq əmək haqqı məlum olub.
FED.az-ın hesablamasına görə, 2023-cü ilin nəticələrinə görə, «Yelo Bank»da bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 2 901 manat təşkil edib.
Xatırladaq ki, ümumilikdə 2023-cü ildə «Yelo Bank»da işçilərin əmək haqqı xərclərinə 36 milyon 969 min manat sərf edilib.