Yelo Bankın rəhbərliyinə yeni təyinat baş tutub.
Eləcə də bax: "Unibank"da - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Müşahidə Şurasının bu gün keçirilən iclasında Elşən Pirmalıyevin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunması barədə qərar qəbul olunub. Təcrübəli bankir biznes bankçılıq blokunu kurasiya edəcək.
Karyerasına 2005-ci ildə AccessBank-da kredit mütəxəssisi kimi başlayan Elşən Pirmalıyev baş direktor vəzifəsinədək yüksəlib. 2020-ci ildən etibarən isə Biznes bankçılıq idarəsinin baş direktoru qismində Yelo Bankın komandasına qoşulub.
Pirmalıyev həm də Azərbaycan Banklar Assosiasiyasının Kredit işi üzrə Ekspert qrupunun rəhbəridir.
Yelo Bankın majoritar səhmdarı “Topaz Investment Limited” MMC-dir, digər payçılar isə fiziki şəxs və “ISR Holding” şirkətlər qrupudur.