“Yelo Bank”a iki yeni icraçı direktor təyin edilib.
Mərkəzi Bankda yeni baş direktor təyin edildi - DOSYE
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bankda Mikrobiznes müştəriləri üzrə və Pərakəndə məhsulların satışı üzrə icraçı direktor vəzifələrinə yeni şəxslər təyin edilib.
Məlumata əsasən, Mikrobiznes müştəriləri üzrə icraçı direktor vəzifəsi Yaşar Soltanova həvalə olunub. Yaşar Soltanov 2020-ci ilin yanvarından 2026-cı ilin yanvar ayınadək “Yelo Bank”ın Mikrobiznes müştəriləri departamentinin direktoru vəzifəsində çalışıb.
Bundan başqa, Pərakəndə məhsulların satışı üzrə icraçı direktor vəzifəsinə Tərlan Rüstəmov təyin olunub. O, 2019-cu ildən “Yelo Bank”da fəaliyyət göstərir, 2020-ci ildən isə bankın Pərakəndə məhsulların satışı departamentinin direktoru olub. (Apa)











